Hacı Əliyevə rütbə verildi
Güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə mayor hərbi rütbəsi verilib.
"Mediasport" xəbər verir ki, məşhur veteran bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu.
Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir".
Xatırladaq ki, Hacı Əliyev idmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Güləş Federasiyasında çalışır.
