Hamit Altıntop Azərbaycanda işləmək istəyir - AÇIQLAMA

Hamit Altıntop Azərbaycanda işləmək istəyir - AÇIQLAMA

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop Azərbaycanda işləmək istəyir.

"Mediasport" xəbər verir ki, Madrid "Real"ının keçmiş üzvü bu barədə "Azərtac"a açıqlamasında deyib.

Ötənlərin məşhur siması bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib:

“Axı biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq.

Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram”.