FOTO: AFFA rəhbərliyi qaliblərin mükafatlandırılması mərasimində

FOTO: AFFA rəhbərliyi qaliblərin mükafatlandırılması mərasimində

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turniri başa çatıb.

"Mediasport" xəbər verir ki, yarışda U-14 və U-15 yaş qruplarının hər birində 12 komanda olmaqla, ümumilikdə 24 komanda mübarizə aparıb.

Sentyabrın 30-da keçirilən final oyunlarından sonra U-14 yaş qrupunda “Qarabağ”, U-15 yaş qrupunda isə “Ulduz” komandası turnirin qalibi olub.

U-14 yaş qrupunda “Qarabağ” finalda “Sabah”ı məğlub edib - 2:0.

U-15 yaş qrupunda isə “Ulduz” finalda “Neftçi”yə qalib gəlib - 2:1.

Final oyunlarından sonra keçirilən mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, “Sabahın ulduzları”nın baş sponsoru “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, BFF prezidenti Tahir Süleymanov, futbol ictimaiyyətinin nümayəndələri və veteran futbolçular iştirak ediblər.