Nazim Sadıqov Mayamidə Markel Mederosla qarşılaşacaq - UFC

 Nazim Sadıqov Mayamidə Markel Mederosla qarşılaşacaq - UFC

UFC-də yüngül çəkidə təmsil olunan Nazim Sadıqovun növbəti rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 32 yaşlı döyüşçü bu dəfə Markel Mederosla qarşılaşacaq.

Amerikalı ilə duel aprlein 11-də Mayamidə "UFC 327" turniri çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Sadıqov UFC-də son görüşünü ötən ilin dekabrında keçirib və fransız Fares Ziamaya uduzub.