UFC-nin Bakı yarışının fantastik qiymətə olan biletlərini kim alacaq?

UFC-nin Bakı yarışının fantastik qiymətə olan biletlərini kim alacaq?

Azərbaycanın ilk dəfə ev sahibliyi edcəəyi məşhur döyüş turniri UFC-nin "Fight Night" yarışına bilet satışı başlanılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək gecənin biletlərini iticket.az vasitəsilə onlayn əldə edə bilərlər.

Qeyd edək ki, qiymətlər kifayət qədər bahadır. Döyüşü canlı izləmək istəyən azı 100 AZN ödəməlidir.

Biletlərin qiyməti sektora uyğun olaraq 1700 AZN-ə qədər yüksəlir.

Turnirdə azərbaycanlı UFC döyüşçüləri də oktaqona çıxacaqlar. Onlardan Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək.

Rafael Fiziyevin rəqibi isə çilili İqnasio Bahomendes olacaq.

Tədbirin əsas döyüşündə keçmiş UFC yarımağır çəkidə çempion, hazırda 4-cü yerdəki namizəd Camal Hill və 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

Turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:

● İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul);

● Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas);

● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) ilə;

● Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) üz-üzə gələcək.