Hökumət milli komandanı ləğv etdi, məşqçilər korpusu istefaya göndərildi, iki futbolçu qovuldu
Qabon hökuməti milli futbol komandasının Mərakeşdə keçirilən Afrika Millətlər Liqasında uğursuz çıxışına görə gözlənilməz qərar verib.
"Mediasport" xəbər verir ki, hökumət milli komandanın fəaliyyətini növbəti qəraradək dayandırıb.
Eyni zamanda məşqçilər korpusu istefaya göndərilib, iki əsas futbolçu - Pyer-Emerik Obameyanq və Bruno Ekuel-Manqın ölkənin əsas komandasında forma geyinməsi qadağan edilib.
Hökumət nəticələri rüsvayçı adlandırıb.
Xatırladaq ki, Qabon seçməsi Afrika Millətlər Kubokunda Fil Dişi Sahili, Kamerun və Mozambik yığmaları ilə eyni qrupda 0 xalla sonuncu olub.
