İdmançılarımızdan Paralimpiya Oyunlarında daha 5 medal

 İdmançılarımızdan Paralimpiya Oyunlarında daha 5 medal

Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 5 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə paratekvondoçularımızdan Amin Əliyev (K44, 63 kq) bütün rəqinlərinə qalib gələrək qızıl medal əldə edib.

Amin Şıxalıyev (K44, 63 kq) və İmran Bağırov (K44, 70 kq) isə bürünc mükafata yiyələnib.

Uzunluğa tullanma üzrə pataatletimiz Ayşə Arabova (T11) 3.47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Paraüzgüçümüz Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Milli Paralimpiya komandamız Avropa Gənclər Paralimpiya Oyunlarında bunadək 2 qızıl və 3 bürünc medal qazanmışdı.