"Sabah" ABL-in final seriyasına minimal hesablı qələbə ilə başladı

 "Sabah" ABL-in final seriyasına minimal hesablı qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasında (ABL) final seriyası start götürüb.

"Mediasport" xəbər verir ki, çempionluq mübarizəsində "Sabah" və "Abşeron Lions" komandaları arasında ilk görüş keçirilib.

Bakı İdman Sarayında baş tutam duel son çempionun qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seriya üç oyundan ibarət olacaq. İkinci və üçüncü qarşılaşmalar 2 və 5 may tarixlərində reallaşacaq.

Üç görüşdən sonra hansısa komanda iki qələbə qazanmasa, əlavə oyunlar təşkil ediləcək.


Azərbaycan Basketbol Liqası. Final seriyası. İlk oyun


"Sabah" – "Abşeron Lions" 98:93

Bakı. İdman Sarayı.