Elcan Həsənov və Ruslan Vəliyev Poreçdə Avropa çempionu oldu
Azərbaycanlı idmançılar Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə U-17 Avropa çempionatında iştirak edib.
"Mediasport" xəbər verir ki, Elcan Həsənov (60 kq) finalda ukraynalı Kiril Naqirniyə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Ruslan Vəliyev (80 kq) həmyerlimiz Elvin Hacıquliyevi (80 kq) məğlub edərək (3:0) qızıl medala yiyələnib. Elvin isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Rəşad Əliyev (70 kq) həlledici görüşdə gürcüstanlı İoane Sxiladzeyə 0:4 uduzaraq gümüş medala sahib çıxıb.


