Azərbaycanın titullu veteranlarına xüsusi mükafatlar təqdim edildi
Azərbaycanın 5 veteran güləşçisi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, Mariya Stadnik, Rəsul Çunayev, Hacı Əliyev, Taleh Məmmədov və Rafiq Hüseynov Azərbaycan güləşindəki xidmətlərinə görə xüsusi hədiyyələrə layiq görülüblər.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər təqdim ediblər.
