İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
"Mediasport" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib.
Nazir bildirib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır.
Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb.
Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları zamanı boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.