"İnanıram ki, onlar komandamıza uzun bir müddət fayda verəcəklər"

"İnanıram ki, onlar komandamıza uzun bir müddət fayda verəcəklər"

"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis "Tirol"la (Avstriya) baş tutan yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır.

Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istək və templə davam edəcəyik".

Xatırladaq ki, görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsilə yekunlaşıb.