İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirildi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, Əl-Cənadriyahda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.
Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib.
Paradda Azərbaycan bayrağını voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıb.
Qeyd edək ki, bağlanış mərasimi noyabrın 21-də baş tutacaq yarışda ölkəmizi 20 idman növündə 179 idmançı təmsil edir.
İslamiadada ümumilikdə 57 ölkə idmançıları 23 növdə medallar uğrunda mübarizə aparırlar.
