İspaniya Avropa çempionu oldu

 İspaniya Avropa çempionu oldu

Futbol üzrə U-19 Avropa çempionatının qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, İngiltərədə keçirilən yarışda kuboku İspaniya millisi əldə edib.

Pireneylilər finalda Almaniya yığmasına qalib gəliblər - 2:0.

Bu, ispanların tarixləri ərzində 13-cü çempionluqları olub.

Xatırladaq ki, iki gün qadınların U-19 Avropa çempionatının da finalında İspaniya və Almaniya futbolçuları qarşılaşıblar və birincilər çempionluğu bayram ediblər.