Enrikeyə yaraşmadı - "Çelsi"nin futbolçusunu itələyərək yerə yıxdı

Futbol üzrə klublararası dünya çempionatı qalmaqalla yekunlaşıb.
"Mediasport" xəbər verir ki, "Çelsi" - PSJ finalı başa çatdıqdan sonra futbolçular və texniki heyətlər arasında dava-dalaş yaşanıb.
İki komandanın futbolçularının davasına Fransa klubunun baş məşqçisi Luis Enrike də qoşulunca vəziyyət gərginləşib.
İspan mütəxəssis rəqib futbolçu Joao Pedronun boğazından tutarmaqla itələyib və sonuncu yerə yıxılıb.
Tərəflər texniki personal və təhlükəsizlik qüvvələrinin səyi ilə güclə sakitləşdiriliblər.
Qeyd edək ki, İngiltərə nəhəngi parislilərə 3:0 hesabı ilə qalib gəlib. ABŞ-də keçirilən mundial ilk dəfə 32 klubun iştirakı ilə təşkil edilib.