Bu ilin yay "transfer pəncərəsi"ndə klubların transfer xərcləri açıqlandı

FİFA klubların bu ilin yayında transferlərə rekord məbləğdə pul xərclədiyini açıqlayıb.
"Mediasport" xəbər verir ki, klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib.
Bu, bütün dövrlər üçün rekord bir göstəricidir.
Cari rəqəmlər ötən il qeydə alınan məbləği 50%-dən çox üstələyib.
İngiltərə klublarının 3 milyard dollardan çox pul xərclədiyi qeyd edilir.
Bu da milli assosiasiyalar arasında bütün zamanların rekordudur.