İspaniya milli komandalarından son 5 ildə super performans
Tarixində ikinci dəfə futbol üzrə Dünya Kubokunda finala çıxan İspaniya milli komandasının bu uğuru ölkə yığmalarının son 5 ildəki performansına diqqət çəkib.
"Mediasport" xəbər verir ki, pireneylilər 2021-ci ildən bu yana müxtəlif beynəlxalq yarışlarda 7 dəfə final oynayıblar.
İspanlar bu finalların 4-də qızıl medallara sahib çıxıblar.
İspaniya milli komandaları son 5 ildə
2021 - UEFA Millətlər Liqasında finalçı - A milli
2023 - UEFA Millətlər Liqasının qalibi - A milli
2024 - Avropa çempionu - A milli
2025 - UEFA Millətlər Liqasında finalçı - A milli
2024 - Olimpiya oyunlarının qalibi - Olimpiya millisi
2026 - Avropa çempionu - U-19 millisi (Oğlanlar)
2026 - Avropa çempionu - U-19 millisi (Qızlar)
2026 - Dünya Kubokunda final - A milli


