Juninyo ilk qolu ilə komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

Juninyo ilk qolu ilə komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo Meksika çempionatında ilk qolunu vurub.

"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu formasını geyindiyi “Pumas”ı "Leon"la ev görüşündə məğlubiyyətdən xilas edib.

3-cü tur matçında meydana 52-ci dəqiqədə çıxan "sambaçı" 75-ci dəqiqədə gözəl baş zərbəsi ilə komandasına 1 xal qazandırıb.

Xatırladaq ki, Juninyo 2023-cü ilin iyunundan 2025-ci ilin yanvarınadək heyətində oynadığı "Qarabağ"da 48 oyuna 23 qolla yadda qalıb.

Ağdam klubu cənubi amerikalını "Flamenqu"ya (Braziliya) 5 milyon avroya satıb.