Madriddə reallaşan 262-ci "El Klasiko"nu "Real" qazandı - VİDEO

Madriddə reallaşan 262-ci "El Klasiko"nu "Real" qazandı - VİDEO

Futbol dünyasının səbirsizliklə gözlədiyi növbəti "El Klasiko"nun növbəti seriyası Madriddə baş tutub.

"Mediasport" xəbər verir ki, La Liqanın 10-cu turuna təsadüf edən əzəli və əbədi rəqabətdə bu dəfə "Real" qalib olub.

Şabi Alonsonun baş məşqçisi olduğu kollektiv 2:1 hesablı qalibiyyəti ilk hissədə reallaşdırıb.

Xatırladaq ki, bu, cari mövsümün ilk, ümumilikdə tarixin 262-ci "El Klasiko"su olub.

"Kral klubu" 27 xalla lider mövqeyini qoruyub, katalonların aktivində 22 xal var.