Kadi Borges geri döndü

Kadi Borges geri döndü

"Qarabağ"ın futbolçusu Kadi Borges təxminən 3 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb.

"Mediasport" xəbər verir ki, zədəsini tam sağaldan braziliyalı vinger Premyer Liqanın 18-ci turunun "Turan Tovuz"la matçında oyuna çıxıb.

O, komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya 84-cü dəqiqədə qoşulub.

Xatırladaq ki, Kadi ötən ilin noyabrında - UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Çelsi" ilə görüşdə ağır zədə almışdı.