Azərbaycan Premyer Liqasına Serbiyadan baş məşqçi gətirildi
Baş məşqçi axtarışlarını davam etdirən "Kəpəz"in yeni "sükan"çısı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" Zoran Vasilyeviçlə anlaşıblar.
Məlumatı Serbiya mətbuatı paylaşıb. Bildirilib ki, Azərbaycan təmsilçisi 54 yaşlı Bosniya və Herseqovina əsilli serbiyalı mütəxəssislə razılaşıb.
O, hazırda Serbiyanın IMT klubunun baş məşqçisidir.
Vasilyeviç Serbiyada "Radnik", "Sloven" (Ruma), "Voyvodina" klublarında da çalışıb.
Gəncə klubu Premyer Liqada başa çatan sezonu 8-ci yerdə bitirib.


