DİQQƏT! "Qarabağ"ın Avroliqa oyununun biletləri satışa çıxarılır
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Vestri" qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq.
"Mediasport" xəbər verir ki, oyun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Standart biletlərin qiymətləri: 5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN
Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.


