Kərim Benzemanın kapitanı olduğu klub çempionluğa erkən qovuşdu

 Kərim Benzemanın kapitanı olduğu klub çempionluğa erkən qovuşdu

Futbol üzrə Səudiyyə Ərəbistanı Pro Liqasında çempion müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Əl İttihad" tarixində 10-cu dəfə baş mükafata sahib çıxıb.

Loran Blanın rəhbərlik etdiyi, Kərim Benzemanın kapitanı olduğu kollektiv çempionluğu 32-ci turda rəsmiləşdirib.

Səfərdə "Əl Raid" üzərində 3:1 hesablı qələbə qazanan Ciddə təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdırıb.

Qeyd edək ki, "Əl İttihad" son 3 mövsümdə 2-ci dəfə çempion olub.