Yürgen Klopp Almaniya millisində!
Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi məlum olub.
"Mediasport" xəbər verir ki, Almaniya Futbol İttifaqı (DFB) Yürgen Kloppla anlaşıb.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
59 yaşlı mütəxəssislə 4 illik müqavilə bağlanıb.
Klopp son olaraq 2024-cü ildə "Liverpul"da çalışıb.

