"Komandamız İsrail yığması ilə oyunda da öz sözünü deyəcək”

"İlk oyunumuz olduğu üçün həyəcan var idi. Amma şükürlər olsun ki, qalib gəldik. Futbolçularımıza güvənirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın amputant futbolu millisinin baş məşqçisi Ramil Həbibov deyib.
Mütəxəssis Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Belçika ilə oyun haqda danışıb, 3:0 hesablı qələbəni şərh edib:
"Bizdən gözləntilərin yüksək olduğunu bilirəm. Ümumən rəqiblər güclüdür. Növbəti matçda da İsrail kimi iddialı komanda ilə qarşılaşacağıq.
Lakin komandama güvənirəm. Çünki yarışa hazırlığımız yüksək səviyyədə keçib. Komandamız həmin oyunda da öz sözünü deyəcək”.
Qeyd edək ki, komandamızın İsrail yığması ilə görüşü sabah saat 13:00-da Bayılda start götürəcək.