Avropa Konfrans Liqasına vəsiqə qazandılar, hazırlıq planı dəqiqləşdi

Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” klubunun 2025/2026 mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
"Mediasport" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq.
Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.
Yoldaşlıq görüşü üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.