Mahir Emrelinin çıxış etdiyi "Rakuv"da baş məşqçi yola salındı
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin heyətində oynadığı Polşanın "Rakuv" klubu baş məşqçisi David Kroçeklə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, buna komandanın uğursuz çıxışları səbəb olub.
Avrokuboklarda mübarizəni dayandıran Çestoxova təmsilçisi daxili birincilikdə də keçirdiyi 4 matçın hamısında uduzub.
O, "Rakuv"a bu ilin mayından rəhbərlik edirdi.
Xatırladaq ki, Polşada icarə əsasında çıxış edən Emreli ümumilikdə 11 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə seçilib.


