Mahir Emreli yenidən Almaniyada oynayacaq - RƏSMİ+FOTOLAR

Mahir Emreli yenidən Almaniyada oynayacaq - RƏSMİ+FOTOLAR

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Kayzerslautern"ə keçidi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.

Forvard yeni klubunda da 10 nömrəli futbolkanı geyinəcək.

Qeyd edək ki, Emreli ötən mövsümü Bundesliqanın digər təmsilçisi "Nürnberq"də keçirib.

"Kayzerslautern" geridə qalan mövsümdə liqanı 7-ci pillədə başa vurub.