"Mançester Yunayted" Premyer Liqada Maykl Karriklə 4-də 4 etdi
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb.
"Mediasport" xəbər verir ki, Maykl Karrikin baş məşqçiliyinə verilən "qırmızı şeytanlar"ın növbəti "qurban"ı "Tottenhem" olub.
"Mankunianlar" "Old Trafford"da baş tutan 25-ci tur qarşılaşmasında rəqibini 2 cavabsız qolla üstələyiblər.
Xallarının sayını 44-ə çatdıran Mançester təmsilçisi 4-cü sıradakı yerini qoruyub.
Xatırladaq ki, komanda Karrikin təyinatından sonra "Fulhem", "Arsenal" və "Mançester Siti"ni məğlub edib.
