2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək
Bu il Azərbaycanda keçiriləcək beynəlxalq boks yarışlarının sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan Boks Federasiyası (ABF) 3 mötəbər turnir təşkil edəcək.
Hər üç yarış Bakı Boks Mərkəzində keçiriləcək.
Aprelin 2-8-i aralığında böyüklər arasında "Böyük İpək Yolu" turniri baş tutacaq.
Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan yarış reallaşacaq.
