Azərbaycanın daha bir boksçusu Dünya Kubokunun yarımfinalında

Azərbaycanın daha bir boksçusu Dünya Kubokunun yarımfinalında

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kuboku davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın daha bir təmsilçisi bu gün yarışda yarımfinala vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalı da uğurla dəf edərək azı bürünc mükafatı qarantiləyib.

Qeyd edək ki, turnirində daha əvvəl 50 kq-da Sübhan mamedov adını 1/2 finala yazdırıb.

Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.

Reytinq xarakterli turnirdə hər çəki dərəcəsində qalibə 300, gümüş medalçıya 200, bürünc mükafatçıya 150 xal veriləcək.

Yarışda 30 ölkədən 300-ə yaxın boksçu mübariz aparır. Dünya Kuboku iyulun 6-da yekunlaşacaq.