"Real"a futbol dərsi keçən PSJ DÇ-nin ikinci finalçısı oldu

ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında ikinci finalçının adına aydınlıq gətirilib.
"Mediasport" xəbər verir ki, ilk dəfə 32 komandanın iştirakı ilə təşkil edilən mundialın ikinci yarımfinal cütünün qalibi PSJ olub.
Luis Enrikeli Fransa nəhəngi final yolunda Madrid "Real"ını darmadağın edib.
Paris təmsilçisi iyulun 13-də baş tutacaq həlledici dueldə İngiltərənin "Çelsi" kollektivi ilə qarşılaşacaq.
Klublararası dünya çempionatı. Yarımfinal
PSJ (Fransa) - "Real" Madrid (İspaniya) 4:0
Qollar: Fabian Ruiz, 6, 24, Usman Dembele, 9, Qabriel Ramuş, 87.
Baş hakim: Şimon Marçinyak (Polşa)