Millimiz son matçda qələbə qazandı - Avropa çempionatı

 Millimiz son matçda qələbə qazandı - Avropa çempionatı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıAvropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, komandamız Maltada təşkil olunan raundun son görüşündə yerli kollektivlə qarşılaşıb.

Ta Qali şəhərində keçirilən matç futbolçularımızın 2:1 hesablı qələbəsilə yekunlaşıb. Komandamızın heyətində Nadir Orucov və Şahismayıl Cəfərov fərqləniblər.

Beləliklə, Elxan Abdullayevin rəhbərlkik etdiyi U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, milli qrupun əvvəlki görüşlərində Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.