Millimiz Belarus yığmasına uduzdu
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Belarus yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu Ramil Əliyev vurub.
