Milli uğursuzluq - DÇ-də 9 nəfərə yalnız bir bürünc medal qazandılar

Milli uğursuzluq - DÇ-də 9 nəfərə yalnız bir bürünc medal qazandılar

Taekvondo üzrə Azərbaycan milli komandası Çin Xalq Respublikasının Uşi şəhərində keçirilən dünya çempionatında uğursuzluqla yadda qalıb.

"Mediasport" xəbər verir ki, mundiala 9 idmançı ilə yollanan komanda yalnız bir bürünc medal qazana bilib.

58 kq-da yarışan Qaşım Maqomedov üçüncü yeri tutub.

Baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında Bəhruz Quluzadə (54 kq), Fuad Təhməzov (63 kq), Riad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) ümidləri doğrultmayıblar.