“Koreya səfiri kuboku” baş tutdu

“Koreya səfiri kuboku” baş tutdu

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc olimpiya çəki dərəcələri üzrə yarışıb.

Açılış mərasiminə Koreyanın ölkəmizdəki səfiri Kanq Kımqu da qatılıb.

Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunan taekvondo avadanlıqlarının təqdimatı və iştirakçılar üçün maraqlı lotereya oyunu keçirilib.

Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng proqram nümayiş etdiriblər.

Daha sonra final qarşılaşmalarına reallaşıb. Ümumi komanda hesabında “Fərasət” birinci yeri tutub.

“Abşeron-Xızı” ikinci, “Qafqaz” isə üçüncü olub.