Millimizin yeni üzvündən ŞOK AÇIQLAMALAR: "Əlində pivə ilə otağıma gələrək mənə..." - FOTO

Millimizin yeni üzvündən ŞOK AÇIQLAMALAR: "Əlində pivə ilə otağıma gələrək mənə..." - FOTO

Qarşıdakı mövsümdən Azərbaycan yığmasının heyətində çıxış edəck fiqurlu konkisürən Veronika Jilina Rusiya mətbuatına şok açıqlamalar verib.

"Mediasport" xəbər verir ki, 17 yaşlı idmançı "Matç" TV-yə müsahibəsində dəfələrlə məşqçisi Sergey Rozanov tərəfindən təcavüzə uğradığını deyib.

Yeniyetmə ilk belə hadisə ilə 11 yaşında qarşılaşdığını bildirib:

"Təlim-məşq toplanışında idik, onda otaqda tək qalırdım. Rozanov otağıma gələrək məni masaj eləməyə razı salmağa çalışdı, imtina etdim. Eyni hal Kislovodsk toplanışında da yaşandı. Zalda isinmə hərəkətləri bitdi, oradakı idmançı və məşqçilər gedəndən sonra məni yenidən masaj etməyə çalışdı. Daha sonra isə əlində pivə ilə otağıma gələrək orada mənə məşq keçdi".

Qeyd edək ki, Azərbaycan yığmasının təklifini qəbul edən Qran-prinin qalibi 2022/2023-cü illər mövsümündə yeniyetmələr arasında Rusiya birinciliyinin gümüş medalını qazanıb.