Boksçularımız Aktauda keçirilmiş turniri bürünc medalla başa vurdu

  Boksçularımız Aktauda keçirilmiş turniri bürünc medalla başa vurdu

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı yarışı 2 medalla başa vurub.

Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər.

Onların hər ikisi turniri bürünc medalla başa vurublar.