Millimizin üzvünün komandası Cənubi Koreyada lider oldu

Millimizin üzvünün komandası Cənubi Koreyada lider oldu

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Daejon" K1 Liqasında "Daequ"nun qonağı olub.

Görüş yığma üzvünün komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

Bütün matçı meydanda keçirən Anton 90-cı dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

Xal ehtiyatını 9-a çatdıran "Daejon" 4 turdan sonra ldierliyə yüksəlib.