"Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq" - QİSMƏT
"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir".
"Mediasport" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının üzvü Qismət Alıyev deyib.
Müdafiəçi Bakıda keçirilən "FİFA Series - 2026" beynəlxalq turnirində Syerra Leone yığması ilə oyundan öncə mətbuat konfransında iştirak edib:
"Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.
"Zirə"də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir".
Xatırladaq ki, millimiz sabah Syerra Leone seçməsi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq.
