Azərbaycan klubu Konfrans Liqası üçün seçimini UEFA-ya təqdim etdi

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinə hazırlaşan "Araz-Naxçıvan" Yunanıstanın "Aris" klubu ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya göndərib.
"Mediasport" xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev 21 futbolçunun xidmətindən istifadə edəcək.
Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli;
Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssuf Paro, 4. İqor Ribeyro;
Yarımmüdafiəçilər: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Koen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Hamidu Keyta, 23. Nunu Rodriges, 10. Felipe Santos;
Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala.
“Araz-Naxçıvan” yunanlarla ilk olaraq iyulun 24-də Bakıda, iyulun 31-də isə Salonikidə üz-üzə gələcək.