Joze Mourinyo rəsmən "Real"da

Joze Mourinyo rəsmən "Real"da

Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo ikinci dəfə Madrid "Real"ının baş məşqçi postuna gətirildi.

"Mediasport" xəbər verir ki, "kral klubu" onunla 2029-cu ilin 30 iyun tarixinədək müqavilə imzalanıb.

Mourinyo 13 iyunda - mövsümöncəsi hazırlıqların başladığı gün İspaniya nəhəngində işə başlayacaq.

63 yaşlı mütəxəssis Madrid klubuna "Benfika"dan gedib. O, Alvaro Arbeloanı əvəz edib.

Joze 2010-2013-cü illərdə də "Real"ın baş məşqçisi vəzifəsini icra edib.

Bu müddətdə o, La Liqanın, İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olub.

Portuqaliyalı karyerası ərzində "Portu" (Portuqaliya), "Çelsi", "Mançester Yunayted", "Tottenhem" (hamısı İngiltərə), "İnter" (İtaliya) və "Fənərbaxça" (Türkiyə) klublarında da çalışıb.