"Bakı Marafonu 2026" yarışında 26 min iştirakçı mübarizə aparacaq
Mayın 3-də növbəti dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Bakı Marafonu 2026" üçün qeydiyyatdan keçən iştirakçı sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, ümumilikdə 25 min iştirakçının müraciəti qeydə alınıb.
Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışacaqlar.
Marafona həmişəki kimi, fiziki imkanları məhdud, eləcə də daun sindromlu şəxslər də qatılacaqlar.
İlk dəfə 42 km məsafədə təşkil ediləcək Bakı Marafonunun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finişi "Sea Breeze" ərazisi olacaq.
