Azərbaycan klubu ilə vidalaşdı, İsrail təmsilçisi ilə anlaşdı - FOTO

Azərbaycan klubu ilə vidalaşdı, İsrail təmsilçisi ilə anlaşdı - FOTO

"Karvan-Yevlax"dan ayrılan Kayl Spensin yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, şotland vinger "Makkabi" ilə (Petah-Tikva, İsrail) anlaşıb.

Spens karyerası ərzində "Koventri", "Hegelmann", "FSV Frankfurt", "Velez", "Qzira Yunayted" klublarında forma geyinib.

Kayl başa çatan mövsüm Azərbaycan klubunun heyətində 34 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.