"Sabah"ın futbolçusu Afrikada səfər məğlubiyyəti ilə qarşılaşdı
"Sabah"ın futbolçusu Coy-Lens Mikels Ruanda millisinin heyətində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Mali yığması ilə 3-cü tur görüşündə meydana çıxıb.
Forvard komandasının 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmada 88 dəqiqə meydanda olub.
Ruanda seçməsi 6 xalla qrupda 2-ci pillədə qərarlaşıb.

