"Neftçi" və "Abşeron" komandaları avrokuboklarda iştirak edəcək

Azərbaycan basketbolu adına daha bir yenilik reallaşacaq.
"Mediasport" xəbər verir ki, növbəti mövsüm ölkəmiz avrokuboklarda 1 yox, 3 klubla təmsil olunacaq.
Azərbaycan çempionatının gümüş mükafatçısı "Neftçi" FİBA Avropa Kubokunda yarışacaq.
Təmsilçimiz mübarizəyə birbaşa müntəzəm mövsümdən başlayacaq.
ABL-də 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.
Hər iki komandamızın rəqibləri iyulun 23-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.
Qeyd edək ki, ölkə çempionu "Sabah" FİBA Çempionlar Liqasında yarışacaq.