Azərbaycan Premyer Liqasını İslandiyaya dəyişdi - RƏSMİ
“Karvan-Yevlax”dan ayrılan Vitor Roşa karyerasını İslandiyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi Yüksək Liqada yarışan “İBV Vestmannaeyjar” klubunda forma geyinəcək.
29 yaşlı portuqaliyalı 2026-cı il noyabrın 16-na qədər ada təmsilçisinə məxsus olacaq.
Pisko ləqəbli futbolçu Yevlax klubunun heyətində 10 oyun keçirmişdi.
