"Qarabağ"ın futbolçusu Çempionlar Liqasında ən yaxşılar arasında
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci tur görüşlərindən sonra statistik məlumatlar açıqlanıb.
"Mediasport" xəbər verir ki, ən yaxşılar arasında "Qarabağ"ın müdafiəçisi Kevin Medina da yer alıb.
Kolumbiyalı 7 tur ərzində ən çox top qazanan oyunçulardan biridir. O, 52 göstərici ilə 5-ci yerdədir.
Sıralamaya 68 topalma ilə "Atletik"in müdafiəçisi Aytor Parades başçılıq edir.
Qeyd edək ki, Kevin Medina bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.
