Onana "Trabzonspor"da - RƏSMİ

Türkiyə klubu "Trabzonspor" İngiltərə nəhəngi "Mançester Yunayted"dən Andre Onananı icarəyə götürüb.
"Mediasport" xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu çərçivə qoruyucusu ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
Onana "qırmızı şeytanlar"ın heyətində ötən mövsüm bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 65 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.
O, karyerası ərzində "Ayaks" (Niderland) və "İnter" (İtaliya) kimi klubların da formasını geyinib.