"Onların belə oyununu normal qarşıladım” - Qurban Qurbanov
“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis hazırlığı Türkiyədə davam etdirən komandasının Antalyada "Neftçi" (Fərqanə) ilə baş tutan yoxlama matçı haqda danışıb. O, 5:0 hesablı qələbəni şərh edib:
"Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur.
Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar.
Düzdür, Aleksey Kaşşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.
Xatırladaq ki, Ağdam təmsilçisi yanvarın 16-da Polşanın "Zaqlebye" kollektivi ilə qarşılaşacaq.
